Növbəti tanker hücumu

110

Mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tanker Hörmüz boğazından çıxarkən mərmi zərbəsi nəticəsində zədələnib.

Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) “X” sosial şəbəkəsində məlumat yayıb.

Gəminin kapitanı tankerin naməlum mərmilərin qəlpələri ilə vurulduğunu bildirib. Hadisə nəticəsində heyət üzvlərinin hamısı təhlükəsiz vəziyyətdədir, ətraf mühitə zərər dəyməyib.

Tanker növbəti təyinat məntəqəsinə doğru hərəkətini davam etdirəcək.

UKMTO gəmilərə bu marşrutdan keçərkən ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə idarəyə məlumat verməyi tövsiyə edib.