Regional sabitliyə təhdid adlandırıb

64

Kuba ABŞ-nin narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə Latın Amerikası və Karib hövzəsində hərbi mövcudluğunu artırmasını pisləyib.

Denizxeber.az bildirir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges “X” sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, Vaşinqton narkotik qaçaqmalçılığı ilə mübarizədən regionda dominantlıq vasitəsi kimi istifadə edir və əməkdaşlıq mexanizmlərini zəiflətməyə çalışır.

Bruno Rodriges ABŞ hakimiyyətini “Monro” doktrinasının müasir formada tətbiqində ittiham edib. O, həmçinin Vaşinqtonun Kubaya qarşı blokadasının gücləndirilməsini, enerji embarqosunu, ikinci dərəcəli sanksiyaları və adaya qarşı hərbi müdaxilə təhdidlərini pisləyib.

Qeyd edək ki, təqdim olunan məlumata görə, Donald Tramp administrasiyası 2025-ci ilin sentyabrından narkotik qaçaqmalçılığına qarşı kampaniya çərçivəsində Karib dənizi və Sakit okeanda əhəmiyyətli hərbi qüvvələr saxlayır.