Gərginliyin yumşalması ehtimalı

49

İran ABŞ-ın müəyyən şərtləri qəbul edəcəyi təqdirdə Hörmüz boğazını bir həftə ərzində açmağa hazır olduğunu bildirib.

Denizxeber.az bildirir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən yüksəkvəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.

“Əgər ABŞ hərbi təzyiqləri azaldarsa, İran Hörmüz boğazını yeddi gün ərzində aça bilər”, – deyə İran rəsmisi bildirib.

Mənbənin sözlərinə görə, bununla yanaşı, Vaşinqton İran limanlarına tətbiq etdiyi blokadanı da aradan qaldırmalıdır.