“AZCON Holdinq”də yeni kadr təyinatı baş tutub.
Denizxeber.az bildirir ki, İsmət Cəfərov holdinqin Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
İ. Cəfərov 2025-ci ildən “AZCON Holdinq”də çalışır. O, bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC və “Aqrar Tədarük və Təchizat” ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib.





