Ölənlərin sayı 20-yə çatıb

78

İndoneziya sahillərində, Yava dənizində “Virgo Transport 8” bərəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Denizxeber.az “Sinxua”ya istinadən xəbər verir ki, hadisə nəticəsində daha 115 nəfər itkin düşüb, 108 nəfərin isə xilas edildiyi bildirilir.

Qeyd edək ki, göyərtəsində 243 nəfərin olduğu bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Borneo adasındakı Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə gedirmiş. Gəmi, həmçinin 89 nəqliyyat vasitəsi daşıyıb.

Məlumata görə, səfər zamanı bərə əlverişsiz hava şəraitinə düşüb. Bundan sonra sentyabrın 13-də yerli vaxtla saat 02:00 radələrində gəmi ilə əlaqə kəsilib.

Hazırda itkin düşən şəxslərin axtarışı və xilasetmə əməliyyatı davam etdirilir.