Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən hərbi qulluqçuların həlak olması ilə əlaqədar sentyabrın 25-də Qazaxıstanda ümummilli matəm elan edilib.
Denizxeber.az Akordaya istinadən xəbər verir ki, bununla bağlı sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Daha əvvəl Qazaxıstan Müdafiə Nazirliyi Xəzər dənizi sahilində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 hərbi qulluqçunun dənizə düşdüyünü bildirmişdi.
Onlardan 9-u həlak olub, 3-ü xilas edilib. Digər hərbi qulluqçuların axtarışları davam etdirilir.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi qulluqçuların həlak olmasına səbəb olan halların araşdırılması məqsədilə Hökumət Komissiyası yaradılıb.





