Parlaq nəticə

47

Yaponiyalı üzgüçü Şin Ohaşi Asiya Oyunlarında kişilər arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında dünya rekordunu yeniləyib.

Denizxeber.az bildirir ki, 17 yaşlı idmançı məsafəni 2 dəqiqə 4,83 saniyəyə qət edib. Bununla da o, 2023-cü ilin iyul ayından çinli Qin Haiyanqa məxsus olan 2 dəqiqə 5,48 saniyəlik dünya rekordunu 0,65 saniyə yaxşılaşdırıb.

Şin Ohaşi bu həftə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında da qızıl medal qazanıb. O, finalda çinli Donq Jihau ilə eyni nəticə göstərərək birinci olub.

Qeyd edək ki, əvvəlki dünya rekordunun sahibi Qin Haiyanq Asiya Oyunlarında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında iştirak etməyib.