Sentyabrın 23-də Hörmüz boğazından təxminən 22 milyon barel neft daşınıb. Bu, iyulun əvvəlindən bəri boğazdan qeydə alınan ən yüksək gündəlik neft daşınması həcmi olub.
Denizxeber.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.
Məlumata görə, sentyabrın 23-də ümumilikdə 60-a yaxın kommersiya gəmisi Hörmüz boğazından keçib. ABŞ rəsmisinin sözlərinə görə, həmin gəmilərdən təxminən 40-ı təhlükəsizliyin təmin edilməsi məqsədilə ABŞ hərbçiləri ilə koordinasiya şəraitində hərəkət edib.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 14-də İran limanlarına tətbiq edilən dəniz blokadasını bərpa edib.





