Yunanıstan sahillərində bərə yanıb

66

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib.

Denizxeber.az bildirir ki, xilasetmə əməliyyatına Sahil Mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri cəlb olunub.

Bərənin göyərtəsində 28 ekipaj üzvü və bir sərnişin olmaqla, ümumilikdə 29 nəfər olub. Sahil Mühafizəsinin məlumatına görə, insanların təxliyəsinə ehtiyac yaranmayıb və hadisə nəticəsində heç kim xəsarət almayıb.

Bərənin sahibi olan “Blue Star Ferries” şirkətinin nümayəndəsi də xəsarət alanların olmadığını təsdiqləyib. Onun sözlərinə görə, ekipaj yanğının söndürülməsi istiqamətində tədbirlər görür.

Yerli mediada yayılan təsdiqlənməmiş görüntülərdə açıq dənizdə hərəkətsiz dayanan gəminin üzərindən qalxan tüstü sütunu əks olunub.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.