Sərt qərar

40

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu müdafiə naziri vəzifəsindən azad edib.

Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Kosanovun vəzifədən azad edilməsi sentyabrın 24-də Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı baş verən və 14 hərbçinin ölümü ilə nəticələnən faciədən sonra baş verib.

Hadisə zamanı güclü külək və hava şəraitinin kəskin pisləşməsi nəticəsində hərbçilər açıq dənizə sürüklənib. Üç hərbçi xilas edilib.

Faciənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma davam edir.