Dövlət Dəniz və Liman Agentliyinin kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib

49

Dövlət Dəniz və Liman Agentliyinin kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.

Ziyarət zamanı kollektiv şanlı Zəfərimizin rəmzi olaraq ucaldılan Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib.

Şəhidlərimizin müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaq.