Ticarət gəmisi raket zərbəsi ilə vuruldu

41

Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib və gəmidə yanğın baş verib.

Denizxeber.az bildirir ki, bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb.

“Bir ticarət gəmisi Hörmüz boğazının cənub marşrutu ilə hərəkət edərkən, Omanın Xəsəb şəhərinin şimalında zərbəyə məruz qalıb və nəticədə yanğın baş verib”, – deyə “Ambrey”nin məlumatında bildirilir.