Sentyabrın 30-da Bakıda “ADEX-2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” – 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Denizxeber.az bildirir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçirilən sərgi “Bakı Ekspo Mərkəzi”ndə üç gün davam edəcək.
Açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin nümayəndə heyətləri, eləcə də digər aidiyyəti qurumların təmsilçiləri iştirak edirlər.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına ünvanladığı məktubu oxuyub.





