Neft tankeri hədəfə alınaraq zərbə endirildi

38

Hörmüz boğazından İran hökumətinin icazəsi olmadan keçməyə cəhd edən neft tankerinə zərbə endirilib.

Denizxeber.az “Fars” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində tanker zədələnib.

Məlumata görə, İran qüvvələri gəminin boğazdan icazəsiz keçməyə cəhd etməsindən sonra ona zərbə endirib.

Hadisənin digər təfərrüatları açıqlanmayıb. Tankerdə yaralanan şəxslərin təxliyəsi üçün İran bölgəyə gəmi göndərib.