Texnoloji nailiyyət

35

Çin hovuzda keçirilən sınaq zamanı eyni vaxtda işləyən sualtı dronların sayına görə dünya rekordu müəyyənləşdirib.

Denizxeber.az “South China Morning Post” (SCMP) qəzetinə istinadən xəbər verir ki, Çin komandası eyni vaxtda işləyən avtonom sualtı dronların sayına görə dünya rekorduna imza atıb. Sınaq zamanı 100-dən çox kiçik robot suya buraxılıb.

Rekordu Şimal-Qərb Politexniki Universitetinin komandası müəyyənləşdirib. Nailiyyət “eyni vaxtda işləyən sualtı aparatların ən çox sayı” kateqoriyasında “Ginnesin Rekordlar Kitabı”na da daxil edilib.

Sınaq zamanı 116 ədəd “TH-618” avtonom sualtı aparatından istifadə olunub. Dronlar uzunluğu 50, eni 20 metr olan hovuzda işə salınıb.

Avtonom sualtı aparatları 34 dəqiqə ərzində əvvəlcədən müəyyən edilmiş marşrut üzrə hərəkət edib. Onlar real vaxt rejimində əldə etdikləri məlumatlardan istifadə etməklə qrup halında avtonom sualtı naviqasiya həyata keçiriblər.