KRİTİK vəziyyət — Suyun səviyyəsi sürətlə azalır – VİDEO

102

Xəzər dənizində suyun səviyyəsinin kəskin azalması davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin ən aşağı göstəricisinə çatıb.

Denizxeber.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, mütəxəssislər su səviyyəsinin azalmasının əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər.

Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Seyid Səfərovun sözlərinə görə, son 30 il ərzində Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb. Sahilyanı ərazilərdə isə suyun səviyyəsi 1,5 metrdən çox aşağı düşüb.

Xəzər dənizində su səviyyəsinin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və sosial baxımdan ciddi fəsadlara səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, proses bu sürətlə davam edərsə, sahilyanı ərazilər, gəmiçilik, neft-qaz sənayesi və biomüxtəliflik ciddi təsirlərlə üzləşə bilər.

Bu baxımdan Xəzərdə su səviyyəsinin dəyişməsinin səbəblərinin araşdırılması və mümkün risklərin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.