Fars körfəzində ABŞ-nin hərbi gəmisi qalmayıb

43

Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərin olmadığı və ABŞ-yə məxsus su nəqliyyat vasitələrinin Hörmüz boğazından ən azı 500 kilometr uzaqlaşdığı bildirilir.

Denizxeber.az bildirir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohəbbi “Tasnim”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, müharibədən əvvəl Fars körfəzində 30-40 ABŞ hərbi gəmisinin olduğu müşahidə edilirdi.

“Amma bu gün vəziyyət tamamilə dəyişib. Fars körfəzində Amerika gəmisi qalmayıb”, – SEPAH sözçüsü bildirib.

Mohəbbi qeyd edib ki, hətta Bəhreyndə yerləşən və fəaliyyət marşrutu Fars körfəzindən keçən ABŞ Beşinci Donanmasının da hazırda körfəzdə heç bir gəmisi və ya kiçik su nəqliyyatı vasitəsi yoxdur.

“Amerika gəmiləri hazırda Hörmüz boğazının girişindən və Fars körfəzindən ən azı 500 kilometr uzaqlaşıblar”, – o əlavə edib.

Qeyd edək ki, bu məlumat SEPAH sözçüsünün açıqlamasına əsaslanır.