Tural Əlisurət oğlu Məmmədov “AZCON Holding”də Nəqliyyat üzrə direktor təyin edilib.
Denizxeber.az bildirir ki, T.Məmmədov bu təyinata qədər “AZCON”da baş layihə inzibatçısı – Layihələrin idarəolunması departamentinin direktoru vəzifəsində çalışıb.
Tural Məmmədov 2014–2020-ci illərdə BP-nin London ofisində, 2020–2022-ci illərdə “SOCAR Trading”in London ofisində maliyyə məsləhətçisi kimi fəaliyyət göstərib.
O, 2022–2025-ci illərdə isə “PwC”nin London ofisində “Kapital layihələr və kommersiya təminatı” bölməsinin baş meneceri vəzifəsində çalışıb.
Tural Məmmədov “Imperial College London”da MBA təhsili alıb.





