Üç tanker hücuma məruz qalıb

49

Hörmüz boğazında gəmiçilik qaydalarını pozduğu bildirilən üç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tankeri hücuma məruz qalıb.

Denizxeber.az bildirir ki, bu barədə İranın Körfəz İşləri İdarəsi məlumat yayıb.

Bildirilib ki, “AL RUWAIS”, “SINBAD” və “MERSIN PROSPERITY” tankerləri son iki ay ərzində bir neçə dəfə Hörmüz boğazından keçməyə cəhd edib və naviqasiya qaydalarına əməl etməyən gəmilərin siyahısına daxil ediliblər.

Qeyd olunub ki, siyahıya daxil edilmiş gəmilər gələcəkdə boğazdan keçərkən cərimə, həbs və ya müsadirə ilə üzləşə bilərlər.