Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər

56

Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir.

Denizxeber.az “Reuters”ə istinadən xəbər verir ki, söhbət yanvar ayından etibarən sərhədin qanunsuz keçilməsi və narkotik qaçaqmalçılığının aşkarlanması məqsədilə istifadə olunan “Seasats” şirkətinin “Lightfish” ekipajsız katerlərindən gedir.

Hazırda sınaqlara 10 belə aparat cəlb olunub. ABŞ Müdafiə Nazirliyi onların sayının daha 50 ədəd artırılması imkanını nəzərdən keçirir.

Pentaqonun məlumatına görə, bu dronlar ay ərzində orta hesabla 452 qanunsuz keçmə halının aşkarlanmasına, 350 nəfərin saxlanılmasına və sərhədi qanunsuz keçmək üçün təxminən 100 cəhdin qarşısının alınmasına kömək edib.

Ekipajsız katerlər elektro-optik, infraqırmızı və hidroakustik sensorlarla təchiz olunub və bir neçə ay ərzində patrul ərazisində fəaliyyət göstərə bilirlər.