Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket və artilleriya atəşinə tutmasından altı il keçir.
Denizxeber.az xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və Mərkəzi Xəstəxananın yaxınlığına düşən raket mərmiləri nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb.
Hadisə zamanı şəhərin mülki infrastrukturu da ciddi zərər görüb.
Qeyd edək ki, Vətən müharibəsi dövründə – 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də Bərdə ümumilikdə beş dəfə Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.
Həmin hücumlar nəticəsində ümumilikdə 28 mülki şəxs həlak olub, 108 nəfər yaralanıb.





