Cənubi Koreyada balıqçı gəmisi çevrilib: 2 nəfər itkin düşüb

51

Cənubi Koreyanın Jeju adası sahillərində göyərtəsində 11 nəfərin olduğu balıqçı gəmisi çevrilib.

Denizxeber.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xilas edilib, 2 nəfər isə itkin düşüb.

Xilas edilənlərdən 8-nin İndoneziya, birinin isə Vyetnam vətəndaşı olduğu bildirilir. Onların vəziyyətinin stabil olduğu qeyd edilir.

İtkin düşənlər arasında gəminin Cənubi Koreya vətəndaşı olan kapitanı və bir İndoneziya vətəndaşı var.

Sahil mühafizəsi hadisə yerinə helikopter və patrul gəmiləri cəlb edib. Axtarış-xilasetmə əməliyyatı davam edir.