İraq illər sonra ilk dəfə Hörmüz boğazından xam neft daşıyıb

59

İraq onilliklər ərzində ilk dəfə olaraq Hörmüz boğazından neft daşıyıb.

Denizxeber.az xarici mediaya istinadən xəbər verir ki, dövlətə məxsus İraq Neft Tanker Şirkəti (IOTC) nəhəng xam neft daşıyıcısı VLCC vasitəsilə Hörmüz boğazından 2 milyon barel İraq nefti daşıyıb.

Şirkətin nefti ölkənin cənubundakı Bəsrə limanına çatdırmaq əvəzinə Hörmüz boğazı vasitəsilə daşımaq qərarı İraqın dövlət neft marketinq şirkəti SOMO-ya neft satışında daha geniş imkanlar yarada bilər. Bu, SOMO-ya daha sərfəli satış və qiymət şərtlərindən faydalanmaq imkanı verə bilər.

İraq Neft Tanker Şirkəti, həmçinin donanmasını genişləndirmək və regiondakı digər dəniz nəqliyyatı şirkətləri ilə rəqabət qabiliyyətini artırmaq məqsədilə ixtisaslaşmış xam neft tankerlərinə sahib olmağı planlaşdırır.

Qeyd edək ki, İraq əvvəllər neft tankerlərinin Hörmüz boğazından keçməsi üçün İrandan icazə almışdı.