Şəxsi ada 350 min funt sterlinqə

51

Şotlandiyanın qərb sahillərində yerləşən ucqar Hildasay adası 350 min funt sterlinqə satışa çıxarılıb.

Denizxeber.az “The Independent”ə istinadla xəbər verir ki, Şetland adalarının qərbində yerləşən Hildasay adası 108 hektar ərazini əhatə edir.

Adaya yalnız materikdən və yaxınlıqdakı digər adalardan qayıqla getmək mümkündür. Uzun sahil xəttinə malik adada iki şirin su gölü yerləşir. Ərazinin ən yüksək nöqtəsi təxminən 32 metr hündürlükdədir.

Adada sadə yaşayış və sığınacaq məqsədilə istifadə olunan ənənəvi kiçik daş tikili də mövcuddur. Həmin ərazidən ətraf dənizə və təbiət mənzərələrinə geniş panoram açılır.

Hildasay müxtəlif quş növləri və dəniz canlıları ilə zəngin təbiətə malikdir.

Satışla bağlı açıqlamada bildirilib ki, ada ətraf materik və digər adalardan qayıqla əlçatandır. Hildasayın öz şəxsi körpüsü də var və bu körpü adaya əsas giriş nöqtəsi kimi istifadə olunur.