Tanker naməlum mərmi ilə vurulub

43

Hörmüz boğazından keçən tanker naməlum mənşəli mərmi ilə vurulub və nəticədə gəminin mühərrik otağında yanğın baş verib.

Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə, tankerin kapitanı gəminin naməlum mənşəli mərmi ilə vurulduğunu bildirib. Zərbədən sonra gəminin mühərrik otağında yanğın baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumata əsasən, ölən və ya xəsarət alan yoxdur. Həmçinin ətraf mühitə ziyan dəyməsi barədə məlumat daxil olmayıb.

UKMTO gəmilərə Hörmüz boğazından keçərkən ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə quruma məlumat verməyi tövsiyə edib.