Açılış tarixi açıqlandı

58

Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) tikilməkdə olan ilk beynəlxalq yük (karqo) hava limanının 2027-ci il aprelin sonunda istifadəyə verilməsi planlaşdırılır.

Denizxeber.az bildirir ki, bunu ƏAİZ İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

V. Ələsgərovun sözlərinə görə, hava limanının ilk mərhələdə illik karqo gücü 500 min ton olacaq:

“Daha sonra tədricən artaraq ildə ən azı 2 milyon tona çatacaq. ƏAİZ daxilindəki karqo hava limanı ənənəvi gömrük rəsmiləşdirilməsi maneələrini, mürəkkəb tranzit logistikanı və ikili təyinatlı bürokratik nəzarəti aradan qaldıracaq”.