Hörmüz boğazında xam neft tankerinə raket zərbəsi endirilib

35

Hörmüz boğazında xam neft daşıyan tankerə hücum edilib.

Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

UKMTO-nun bəyanatında bildirilir ki, gəminin kapitanı naməlum mərminin tankerə dəydiyini və bunun nəticəsində göyərtədə yanğın baş verdiyini qeyd edib.

Ekipaj üzvlərinin təhlükəsizlikdə olduğu və heç kimin xəsarət almadığı bildirilir. Hadisə nəticəsində gəmiyə və ya ətraf mühitə dəyən ziyanın miqyası barədə hələlik dəqiq məlumat verilmir.