Mərmərə dənizində zəlzələ baş verib

33

Mərmərə dənizində 3,5 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Denizxeber.az bildirir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Yalova vilayəti sahillərində, Bakı vaxtı ilə saat 23:08-də baş verib. Yeraltı təkanlar İstanbul şəhərində və ətraf ərazilərdə də hiss olunub.