İran Hörmüz boğazından naviqasiyasız keçən gəmiləri düşmən elan edib

23

İran hakimiyyəti Hörmüz boğazından naviqasiya və identifikasiya sistemləri söndürülmüş vəziyyətdə keçməyə çalışan bütün gəmiləri düşmən hesab edəcək.

Denizxeber.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilir ki, bu cür qayda pozuntusuna yol verən gəmilər qətiyyətli cəzaya məruz qalacaqlar. Mətbuat xidməti həmçinin qeyd edib ki, oktyabrın 10-dan etibarən İranın dəniz keçidi qaydalarını pozan üç tanker minalara düşərək yanğına məruz qalıb.