Rumıniya və Bolqarıstan Qara dənizdə gəmilərə hücumların dayandırılmasını tələb edir

18

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumların dayandırılmasını və dəniz təhlükəsizliyi sahəsində regional koordinasiyanın gücləndirilməsini təklif edir.

Denizxeber.az bildirir ki, iki ölkənin xarici işlər nazirləri bu mövqeyi Lüksemburqda Avropa İttifaqının Xarici İşlər Şurasının iclasından əvvəl səsləndiriblər.

Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu ölkəsinin müstəsna iqtisadi zonasında gəmilərə birbaşa hücumlar nəticəsində 2 nəfərin həlak olduğunu bildirib. Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova isə hərbi eskalasiyanın narahatlıq doğurduğunu və ticarət gəmilərinə hücumların dayandırılması üçün moratoriumun bütün region ölkələrinin maraqlarına uyğun olduğunu vurğulayıb. Sofia və Buxarest ticarət gəmiçiliyinin təhlükəsizliyi və məlumat mübadiləsini gücləndirmək məqsədilə Konstansa və Varna şəhərlərində 2 əməliyyat mərkəzindən ibarət Dəniz Təhlükəsizliyi Mərkəzinin yaradılması üzərində birgə işləyir.