Kruiz gəmisindən dənizə düşən qadın 20 saat sonra xilas edilib – FOTO – VİDEO

12

Kruiz gəmisinin göyərtəsindən dənizə düşən salvadorlu qadın açıq sularda 20 saat qaldıqdan sonra sağ-salamat xilas edilib.

Denizxeber.az “Need to Know” nəşrinə istinadən xəbər verir ki, hadisə Yunanıstanın Zakinf adasının təxminən 130 kilometr cənub-qərbində baş verib. Sərnişinin dənizə düşməsi barədə məlumat daxil olduqdan sonra sahil mühafizə xidməti patrul katerləri və “Super Puma” helikopterinin iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatına başlayıb. Zərərçəkmiş qadın axtarışlara qoşulan yük gəmisi tərəfindən xilasedici dairənin üzərindəki yanıb-sönən işıq sayəsində sağ və şüurlu vəziyyətdə aşkarlanıb.

Xilasedici gəmiyə qaldırılaraq ilkin tibbi yardım göstərilən qadın xəstəxanaya yerləşdirilib. Sahil mühafizəsinin məlumatına görə, sərnişin sahilə çıxmaq istədiyi üçün gəmidən tullandığını bildirib. Polislər hadisənin təfərrüatlarını araşdırır.