Yaponiya Sahil Mühafizəsi brakonyerliklə mübarizədə süni intellektli dronlardan istifadə edəcək

15

Yaponiya Sahil Mühafizəsi dəniz canlılarının qanunsuz ovlanmasına qarşı mübarizəni gücləndirmək məqsədilə süni intellektlə təchiz olunmuş dronların tətbiqini araşdırır.

Denizxeber.az Kyodo informasiya agentliyinə istinadən xəbər verir ki, layihə Kanto Qakuin Universiteti ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Sahil Mühafizəsinin məlumatında bildirilir ki, prefekturanın sahil zonalarında brakonyerlik hallarının artması bu addımın atılmasını zəruri edib. Yeni texnologiyanın tətbiqi dəniz resurslarının qanunsuz mənimsənilməsinin qarşısını daha səmərəli şəkildə almağa imkan verəcək.