Bakı Gəmiqayırma Zavodunda yeni nəsil konteyner gəmilərinin tikintisinə start verilib

9

Xəzər dənizində konteyner daşımalarının imkanlarının genişləndirilməsi istiqamətində yeni strateji layihənin icrasına başlanılıb. Bakı Gəmiqayırma Zavodunda hər birinin tutumu 780 TEU olan iki yeni nəsil konteyner gəmisinin tikintisi həyata keçirilir.

Denizxeber.az Avtosfer.az istinadən xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev məlumat verib.

Ekspert qeyd edib ki, hazırda Xəzərdə fəaliyyət göstərən “Berkut”, “Barıs” və “Sünkar” gəmilərinin hər biri 350 TEU tutuma malikdir. Yeni gəmilər isə mövcud analoqlardan 2,23 dəfə böyük həcmə malik olacaq. Layihə AZCON Holding və AD Ports Group əməkdaşlığı çərçivəsində reallaşdırılır, artıq ilk gəminin kilqoyma mərasimi baş tutub və hər iki gəminin 2028-ci ilədək təhvil verilməsi planlaşdırılır. Bu addım Orta Dəhlizin inkişafı və Azərbaycanın logistika habı kimi mövqeyinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.