AZCON Holding Bakıda keçirilən Azərbaycan–Çexiya Biznes Forumunda təmsil olunub – FOTO

12

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Bakıda təşkil edilən Azərbaycan–Çexiya Biznes Forumunda iştirak edib.

Denizxeber.az bildirir ki, tədbir çərçivəsində nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də tranzit imkanlarının artırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Çexiya şirkətləri ilə dəmir yolu, aviasiya və şəhər nəqliyyatı istiqamətlərində müasir texnoloji əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları dəyərləndirilib.