Bakı Limanında konteyner daşınmasında növbəti rekord göstərici qeydə alınıb

10

2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 000 TEU həcmində konteyner daşınması həyata keçirilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30 faiz artım nümayiş etdirərək növbəti rekord kimi qeydə alınıb. Analoji dövr ərzində limanda aşırılmış ümumi yük həcmi 4 faiz artaraq 6,35 milyon tona, quru yük həcmi isə 71 faizlik artımla 1,75 milyon tona çatıb.