Yüksək nəticə göstərən tələbələr Azərbaycan Dövlət Dəniz Akademiyasını seçiblər – VİDEO

11

Bu il keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayan Mirzəhüseyn Nəsirov və Quram Niftiyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbul olunublar.

Yüksək nəticə göstərən gənclər gələcək fəaliyyətlərini dənizçilik peşəsi ilə bağlamaq qərarına gəliblər. Tələbələr hazırlanan xüsusi videoçarxda dənizçiliyə olan maraqlarından, bu sahəni seçmə səbəblərindən və gələcək peşə məqsədlərindən bəhs edərək öz təəssüratlarını bölüşüblər.