ABŞ ordusunun narkotik daşımaqda şübhəli bilinən gəmilərə endirdiyi zərbələr qlobal kokain istehsalı və tədarükünün artımını dayandıra bilməyib.
Denizxeber.az-ın “The Wall Street Journal”a (WSJ) istinadən verdiyi məlumata görə, 2025-ci ilin payızından başlanan kampaniya çərçivəsində ABŞ ordusu son 13 ay ərzində 70-dən çox gəmini məhv edib, əməliyyatlarda 240 nəfər həlak olub və kartellərə 1,5 milyard dollar zərər vurulub. Lakin rekord miqdarda kokain hər gün ABŞ, Avropa və Avstraliyaya daşınmaqda davam edir.
Qlobal kokain istehsalının 70%-ni təşkil edən Kolumbiyadan daşımalar kəsilmir. Narkotik kartelləri hərbi müdaxilələrə uyğunlaşaraq qanunsuz yükləri daşımaq üçün konteyner, yük və balıqçı gəmilərindən daha çox istifadə etməyə başlayıblar.





