Türkiyədə Kekova adası yaxınlığında 4700 illik amforalar aşkarlanıb

13

Türkiyənin Antalya vilayətində, Kekova adası yaxınlığında batan gəminin qalıqlarına aid amforalar Anadolu yarımadasının qədim dənizçilik tarixinə işıq salır.

Denizxeber.az bildirir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təxminən 4 400–4 700 il yaşı olan bu tapıntıların böyük arxeoloji əhəmiyyət kəsb etdiyini bildirib. Qabların gil analizləri onların İordan vadisində istehsal edildiyini göstərir. Oxşar nümunələrin Misir, Troya və Kritdə tapılması qədim dövrdə geniş ticarət əlaqələrinin mövcudluğunu sübut edir. 2026-cı ildə aparılan sualtı qazıntılar zamanı üzərində doqquz işarə olan və qida hazırlanmasında (pendir və ya kərə yağı) istifadə edildiyi ehtimal olunan xüsusi amfora da aşkarlanıb.