SEPAH Hörmüz boğazında daha bir gəminin minaya düşərək batdığını açıqlayıb

18

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan konteyner gəmisinin dəniz minasına çırpılaraq batdığını bildirib.

Denizxeber.az “əl-Hədəs” telekanalına istinadən xəbər verir ki, SEPAH-ın bəyanatına görə, təhlükəli və icazə verilməyən marşrutla hərəkət edən gəmi minaya düşdükdən sonra gəmidə güclü yanğın baş verib. Göyərtəsində 2 500-dən çox konteyner olan gəmi yanğının təsirindən boğazın cənub sularında batıb.

Qeyd olunur ki, bu, cari həftə ərzində regionda qeydə alınan 4-cü oxşar insidentdir. İran tərəfi gəminin adı, mənsubiyyəti və heyətin taleyi barədə məlumat verməyib, hadisə ilə bağlı müstəqil mənbələrin təsdiqi hələlik mövcud deyil.