Yunanıstanın Saloniki limanında Çindən gələn böyük silah partiyası aşkarlanıb

13

Yunanıstanın Saloniki limanında gömrük əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı böyük həcmdə silah qaçaqmalçılığının qarşısı alınıb.

Denizxeber.az bildirir ki, bu barədə “ERT-news” telekanalı məlumat yayıb. Qaçaqmalçılıqla Mübarizə Agentliyinin (AADE) diqqətini çəkən şübhəli konteyner səyyar rentgen sistemi vasitəsilə yoxlanılıb və nəticədə içərisində 3 mindən çox lüləli silah olan 24 qutu aşkar edilərək müsadirə olunub.

Sənədlərdə Çin limanından göndərilən yükün guya “günəş eynəkləri və muncuqlardan” ibarət olduğu və Bolqarıstanda fəaliyyət göstərən bir şirkətə çatdırılmalı olduğu qeyd edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.