İstanbulun Qara dəniz sahilində yük gəmisi saya oturub

10

İstanbulun Çatalca rayonundakı Çilingöz çimərliyi sahillərində yük gəmisi şiddətli fırtına səbəbindən saya oturub.

Denizxeber.az bildirir ki, NTV telekanalının Türkiyə Sahil Mühafizə Xidmətinə istinadən verdiyi məlumata görə, ərazidə fırtınalı havanın hökm sürməsi səbəbindən gəmi idarəetməni itirərək sahilə tərəf sürünüb.

Hadisə yerinə dərhal Sahil Mühafizəsi və Kıyı Emniyeti (Sahil Təhlükəsizliyi) briqadaları cəlb edilib. İnsident zamanı xəsarət alanların olmadığı və dəniz akvatoriyasının çirklənməsi halının qeydə alınmadığı bildirilir. Mütəxəssislər gəminin saya oturduğu yerdən çıxarılması üçün hazırlıq işlərinə başlayıblar.