ABŞ Rusiyanın “kölgə donanması”na qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir

11

ABŞ Prezidenti Donald Trampın administrasiyası Fars körfəzində yükdaşıma tariflərini azaltmaq və neft daşımalarını artırmaq məqsədilə Rusiyanın “kölgə donanması”na qarşı sanksiyaların yumşaldılması imkanını müzakirə edir.

Denizxeber.az bildirir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb. Bildirilib ki, sanksiyaya məruz qalmış gəmilərə Rusiya və İrana aid olmayan “qanuni neftin” daşınması üçün icazə verilməsi nəzərdən keçirilir.

Şirkətlər bu gəmilərdən istifadə etmək üçün ABŞ Maliyyə Nazirliyindən müvafiq lisenziya almalı olacaqlar. ABŞ Energetika Nazirliyi bu addımın Rusiyaya öz neftini daşımaq imkanı verməyəcəyini vurğulayıb. Dənizçilik ekspertləri isə Böyük Britaniya və Aİ sığorta məhdudiyyətlərinin qüvvədə qalması səbəbindən bu qərarın tarifləri kəskin aşağı salmayacağını bildirirlər.