Hörmüz boğazı yaxınlığında mərmi zərbəsinə məruz qalan “Cape Dao” quru yük gəmisi batıb

12

Antiqua və Barbuda bayrağı altında üzən “Cape Dao” quru yük gəmisi mərmi zərbəsinə məruz qaldıqdan sonra Hörmüz boğazı yaxınlığında batıb.

Denizxeber.az “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) xəbər yayıb. Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin “Peonies Shipmanagement FZE” şirkəti tərəfindən idarə olunan gəmiyə sentyabrın 23-də zərbə endirilib.

Qeyd edək ki, Hörmüz boğazında təhlükəsizlik risklərinin kəskin artdığı bir vaxtda, bu gün dəniz minasının partlaması nəticəsində göyərtəsində 2,5 min konteyner olan başqa bir konteyner gəmisinin də batdığı məlum olub.