İran Hörmüz boğazını tam bağlaya biləcəyi ilə hədələyir

10

İran Tehranın Hörmüz boğazından keçidlə bağlı tətbiq etdiyi dənizçilik qaydalarını pozan gəmilər üçün bu strateji su keçidini yaxın vaxtlarda tam bağlaya biləcəyi barədə xəbərdarlıq edib.

Denizxeber.az-ın “Reuters” agentliyinin İran rəsmilərinə istinadən verdiyi məlumata görə, Tehran boğazdan keçid məhdudiyyətlərini pozan gəmilərə qarşı hücumların intensivliyini artırıb və əməliyyatların coğrafiyasını genişləndirməyi planlaşdırır.

Məqsəd dünya bazarında neft qiymətlərinin düşməsinin qarşısını almaq və ABŞ-dakı siyasi proseslərə təsir göstərməkdir. ABŞ hərbi mənbələri bildirir ki, radarları sıradan çıxarılan İran hədəfləri müəyyən etmək üçün müşahidəçi qayıqlarından istifadə edərək koordinatları SEPAH-a ötürür. Bu fonda Birgə Dəniz İnformasiya Mərkəzi (JMIC) Hörmüz boğazında ticarət gəmiləri üçün təhlükə səviyyəsini ikinci ən yüksək hədd olan “ciddi” dərəcəsinə qaldırıb.