Bakıda keçirilən III Milli Rəqabət Forumunda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi layihəsi üzrə maliyyə danışıqlarının davam etdirildiyi bildirilib.
Denizxeber.az bildirir ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət qeyd edib ki, Azərbaycanın ilk dövlət-özəl tərəfdaşlığı (DÖT) layihəsi olan bu zavodun tikintisi üzrə müqavilə ötən il müsabiqənin qalibi — Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə imzalanıb. Şəffaflıq və azad rəqabət mühitində keçirilən müsabiqə nəticəsində özəl tərəfdaşın suyun bir kubmetri üçün təklif etdiyi qiymət texniki-iqtisadi əsaslandırmada nəzərdə tutulandan xeyli aşağı olub.
Milli Məclisin deputatları, dövlət qurumları və özəl sektor təmsilçilərinin iştirak etdiyi III Milli Rəqabət Forumu ölkədə rəqabət mühitinin inkişafı və “2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın strateji hədəflərinin təşviqi baxımından mühüm müzakirə platforması rolunu oynayır.





