Astanada keçirilən VIII “New Silk Way” Beynəlxalq Nəqliyyat-Logistika Biznes Forumu çərçivəsində nəqliyyat nazirlərinin və nümayəndə heyətləri başçılarının görüşü təşkil edilib.
Denizxeber.az Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, “Fəaliyyətlərin əlaqələndirilməsi, institusionallıq və rəqəmsallaşma” mövzusuna həsr olunmuş tədbirdə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, logistika zəncirlərinin səmərəliliyinin artırılması və dövlət sərhədlərindən keçid zamanı mövcud maneələrin aradan qaldırılması məsələləri müzakirə olunub.
Qazaxıstanın nəqliyyat nazirinin müavini Janibek Tayjanov yüklərin maneəsiz hərəkəti üçün rəqəmsal həllərin tətbiqinin vacibliyini vurğulayıb. Tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov təmsil edib.





