Qazaxıstan Orta Dəhlizlə tranzit yükdaşımalarını 67 milyon tona çatdırmağı hədəfləyir

13

Beynəlxalq nəqliyyat dəhlizləri bir-biri ilə rəqabət aparmaq əvəzinə bir-birini tamamlamalıdır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı yalnız yeni dəmir yolları və limanların tikintisindən ibarət olmayıb, həm də sabit yükdaşımanın təşkilini və iqtisadi dividend qazanmağı tələb edir.

Denizxeber.az bildirir ki, bu fikirləri Qazaxıstanın nəqliyyat nazirinin müavini Janibek Tayjanov “TransLogistica Kazakhstan 2026” sərgisində səsləndirib.

Nazir müavini bildirib ki, Qazaxıstan Xəzər dənizi sahilindəki nəqliyyat-logistika infrastrukturunu yeniləyərək tranzit yükdaşıma həcmini 2030-cu ilə qədər 67 milyon tona çatdırmağı planlaşdırır. Tədbirdə çıxış edən Latviyanın beynəlxalq yükdaşıma şirkətinin nümayəndəsi Aleksandr Nepoçatov isə Avropadan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya yük daşınması üzrə sifarişlərin 2024-cü illə müqayisədə 70 faiz artdığını diqqətə çatdırıb və artan tələbatı vaxtında qarşılamaq üçün Orta Dəhlizin infrastrukturunun daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.