Hörmüz boğazında minlərlə smartfon və lüks ətriyyat daşıyan “GFS Pride” konteyner gəmisi batıb

11

Hörmüz boğazında minlərlə smartfon və lüks ətriyyat daşıyan Sinqapur bayraqlı “GFS Pride” konteyner gəmisi batıb. Hadisədən sonra Oman sahillərində yerli sakinlərin dəniz səthində üzən dəyərli yükləri topladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Denizxeber.az C14 nəşrinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən yola düşən və Dubaydan təxminən 2 500 konteyner yük daşıyan gəminin 21 nəfərlik heyət üzvü xilas edilib.

Hadisənin səbəbləri ilə bağlı ziddiyyətli iddialar mövcuddur; beynəlxalq mənbələr gəminin raket zərbəsi və ya PUA hücumu nəticəsində batdığını bildirdiyi halda, SEPAH gəminin müəyyən olunmuş marşrutdan kənara çıxaraq dəniz minasına düşdüyünü iddia edir.