ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS George H. W. Bush” təyyarədaşıyan gəmisi Tailanda qısamüddətli səfərindən sonra yenidən Ərəbistan dənizi akvatoriyasına qayıdıb.
Denizxeber.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Məlumatda bildirilir ki, aviadaşıyıcı gəmi və onun təxminən 5 min nəfərlik şəxsi heyəti planlaşdırılmış hərbi missiya çərçivəsində ABŞ-nin Yaxın Şərqdəki dəniz əməliyyatlarına və təhlükəsizlik tədbirlərinə dəstək verməyi davam etdirir. Hazırda “USS George H. W. Bush” və “USS George Washington” təyyarədaşıyan gəmilərinin başçılıq etdiyi zərbə qrupları bölgədə tam heyətlə fəaliyyət göstərir. Bundan əlavə, ABŞ HDQ-nin digər hərbi gəmiləri də Ərəbistan dənizi, Hind okeanının şimal-qərbi və Qırmızı dəniz boyunca strateji növbətçiliyini sürdürür.





