İran və ABŞ Hörmüz boğazına nəzarət üzrə bir-birini təkzib edən bəyanatlar verib

9

İran Hörmüz boğazının tam olaraq ordunun nəzarətində olduğunu bəyan edib, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə bu iddiaları rəsmi şəkildə təkzib edib.

Denizxeber.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi Hörmüz və Oman boğazlarının Tehranın tam nəzarətində olduğunu və heç bir düşmən gəmisinin əraziyə daxil ola bilmədiyini vurğulayıb.

Öz növbəsində, CENTCOM “X” sosial şəbəkəsində yaydığı bəyanatda SEPAH-ın boğaza nəzarət etməsi barədə xəbərlərin yalan olduğunu, ABŞ və regional tərəfdaşların nəzarəti altında son 24 saat ərzində 40-dan çox ticarət gəmisinin təhlükəsiz keçid etdiyini bildirib. Bundan əlavə, CENTCOM “M/V GFS Pride” mülki konteyner gəmisinin minaya düşməsi ilə bağlı SEPAH iddialarını rədd edərək gəminin SEPAH mərmisi ilə vurulduğunu diqqətə çatdırıb.